Xəbərlər

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi layihəsini təsdiq edib
01 noyabr, 2012 10:01

Hesablama Palatasında kollegiya iclası keçirilib.

ERtv.Az-ın Palataya istinadən verdiyi xəbərə görə, iclasda `“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyləri geniş müzakirə edilərək təsdiq olunub.  

Rəylərin qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisində müzakirəyə tövsiyə olunması barədə qərar qəbul edilib.

Kollegiyada, həmçinin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Ağstafa rayon İcra hakimiyyətinə “Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli” avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Bərdə rayon İcra hakimiyyətinə “Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı” avtomobil yolunun tikintisinə və Bərdə şəhər 6 nömrəli uşaq bağçasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadənin auditlərinin nəticələrinə dair Hesabat və Rəylər müzakirə olunaraq təsdiq olunmuş, nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

Bundan əlavə, Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və onun tabeliyində olan mədəniyyət müəssisələrinə (seçmə qaydada) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin yerli xərclərindən Lənkəran Mərkəzi şəhər Xəstəxanasına və Lənkəran şəhəri Maliyyə İdarəsi üzrə xəzinə əməliyyatlarının düzgünlüyünə və dövlət büdcəsinin yerli xərclərindən  Cəlilabad rayon Təhsil şöbəsi, Mədəniyyət və Turizm İdarəsi və Cəlilabad rayon İcra hakimiyyətinin Cəlilabad şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair Audit proqramları da təsdiq edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.