Payızın gəlişi ilə əlaqədar olaraq Qax rayonu ərazisindən axan dağ çaylarında məcra təmizləmə işlərinə ötən aydan start verilib.
Bu barədə ERtv.Az-ın bölgə müxbirinə Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, rayon suvarma sistemləri idarəsinin əməkdaşları Qaxbaş kəndini sel sularından etibarlı mühafizə etmək məqsədilə Kürmük çayının sağ sahilində uzunluğu 115, hündürlüyü 9 metr olan yeni daş-beton bəndin inşasına başlayıb.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin vəsaiti ilə inşa edilən bəndin tikintisinin noyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur. Bundan başqa, idarə əməkdaşları rayonun Qaxmuğal kanalının şəhər ərazisindən keçən 410 metr uzunluğundakı hissəsində əsaslı təmir işləri aparır, beton üzlük çəkilir.