Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Bu barədə ERtv.Az-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.
Məlumata görə, şimal-şərq, şərq küləyi əsəcək.
Havanın temperaturu gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə duman, çiskin, axşam şimal rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gündüz 20-25, dağlarda 14-19 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalına görə, bu gün respublika ərazisində mülayim hava davam edəcək, havanın temperaturu noyabr ayının iqlim normasından 1-2 dərəcə yüksək olacaq.