Çempionlar Liqası: "Azərreyl" "Eczacıbaşı"na məğlub oldu
01 noyabr, 2012 09:57
Bu gün Azərbaycanın qadınlardan ibarət "Azərreyl" komandası İstanbulda Çempionlar Liqasının 2-cu turu çərçivəsində "Əczacıbaşı Vitra" komandası ilə görüşüb.
ERtv.Az xəbər verir ki, İstanbula iddialı yollanan komandamız ciddi problemlərlə üzləşib.
İlk setdə “dəmiryolçular”ın bütün cəhdlərinə baxmayaraq, türkiyəli zəriflər rəqibinə cəmi 22 xal verib.
“Azərreyl”in hesabı bərabərləşdirmək istəyi də baş tutmayıb. İlk setlə müqayisədə daha inamlı görünən təmsilçimizin gücü yalnız 23 xal qazanmağa çatıb.
Üçüncü set isə həlledici olub. Komandamıza göz açmağa imkan verməyən meydan sahibləri bu dəfə böyük fərqlə qələbə qazanıblar.