İlham Əliyev Belarusun Baş nazirinin birinci müavinini qəbul edib
30 oktyabr, 2012 20:35
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ERtv.Az xəbər verir ki, Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşko Azərbaycana sonuncu dəfə 2008-ci ildə səfər etdiyini və ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurlu inkişafından məmnunluq ifadə olundu, Gəncə avtomobil zavodunda həyata keçirilən Azərbaycan-Belarus birgə layihəsinin önəmi qeyd edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.