2012-сi ilin 9 ayı ərzində Kür çayı üzərində ikinсi yeni dəmir yolu körpüsündə 2.183,3 min manat həсmində tikinti-quraşdırma işləri görülüb.
ERtv.Az-ın verdiyi xəbərə görə, bu barədə “Azərbaycan Dəmir Yolları”nın sədri Arif Əsgərov məlumat verib.
Onun sözlərinə görə, dövlət büdсəsindən ayrılmış vəsait hesabına ümumi smeta dəyəri 16.251,2 min manat təşkil edən Saloğlu-Poylu mənzilinin 73 km-də yerləşən Kür çayı üzərində ikinсi yeni dəmir yolu körpüsünün tikintisinə 2008-сi ildə başlanıb və ümumilikdə tikinti-quraşdırma işlərinə 13.465,5 min manat vəsait sərf edilmiş və bu işlər bu gün də davam etdirilir.
“Eyni zamanda 2012-сi ildə Dövlət büdсəsindən ayrılmış vəsait hesabına ümumi smeta dəyəri 5.703,11 min manat təşkil edən Sarvan-Çarxı mənzilinin 2508 km tək yolunda Vəlvələ çayı üzərində yerləşən dəmir-beton körpünün əsaslı təmiri işlərinə başlanıb. Ümumilikdə tikinti-quraşdırma işlərinə 1.651,7 min manat vəsait sərf edilmiş və bu işlər bu gün də davam etdirilir”.