Almaniyalı türklər burada hər il qazandıqları pulun təqribən bir milyard avrosunu Türkiyəyə göndərirlər.
ERtv.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə “Info” Sosial Araşdırma İnstitutuna istinadən “Handelsblatt” məlumat verib.
Demək olar ki, Almaniyada yaşayan hər üç türkdən biri müntəzəm olaraq vətənlərində qalan qohumlarına pul köçürürlər. Orta hesabla, bu məbləğ ildə adambaşına 1,3 min avroya çatır ki, bu da ümumi götürəndə bütün türk icması üçün təqribən bir milyard avro təşkil edir
Eyni zamanda, Türkiyəyə göndərilən pulların bir hissəsi mühacirlərin artıq qalan əmək haqları yox, alman hökumətinin onlara ayırdığı maddi yardımlardır. Almaniya türklərinin 17 faizi dövlətdən maddi yardım alır. Sorğulananların təkcə 57 faizi öz hesabına yaşadığını bildirib.