Azərbaycanlı boksçu Ukraynadakı turnirin mukafatçılarından olub
30 oktyabr, 2012 15:21
Ukraynanın Simferopol şəhərində Ukraynanın əməkdar məşqçisi Pedro-Saesa Benediktonun xatirəsinə həsr edilmiş boks üzrə 33-cü beynəlxalq turnir keçirilir.
ERtv.Az xəbər verir ki, mükafatçılardan biri azərbaycanlı boksçu Vətən Hüseynli olub.
O 81 kq-dək çəki dərəcəsində yarımfinal mərhələsinə qədər gələrək bürünc medala sahib olub. Qızıl və gümüş medallar isə rusiyalı boksçuların aktivinə yazılıb.
Ümumkomanda hesabında isə Azərbaycan 13 ölkə arasında 7-8-ci yerləri bölüşür.