Xəbərlər

İlham Əliyev Respublika günü münasibətilə Türkiyə prezidentini təbrik edib
29 oktyabr, 2012 20:32

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Türkiyə prezidenti Abdullah Gülü təbrik edib.

ERtv.Az AzərTAc-a istinadən bildirir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk.

Xalqlarımızın yekdil iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi, müttəfiqliyi və tərəfdaşlığı qardaşlıq duyğularımızı bariz şəkildə təcəssüm etdirir.

İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, qardaş xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın bərqərar olmasına dair niyyətlərimizin gerçəkləşən ifadəsidir.

Əminəm ki, xalqlarımız arasında dərin tarixi kökləri olan möhkəm tərəfdaşlıq münasibətləri bundan sonra da bütün birgə işlərimizdə yeni uğurlara yol açacaqdır.

Hörmətli cənab Prezident, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyəyə daim sülh və çiçəklənmə diləyirəm”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.