Doqquz ayda Sumqayıt ES-də 1,3 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub
29 oktyabr, 2012 18:31
Bu ilin yanvar-sentyabr ayları ərzində Sumqayıt Elektrik Stansiyasında (ES) 1 milyard 314,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.
“Azerenerji”ASC-dən Gün.Az-a verilən məlumata görə, bu göstəricinin 155 milyon kilovat-saata yaxını sentyabr ayının payına düşüb.
Sentyabr ayında, həmçinin 220 kV-lik yarımstansiyada “Böyük şor” yuvasının tikintisinə başlanılıb.
Xatırladaq ki, ümumi gücü 525 MVt olan Sumqayıt ES-də iki ədəd qaz və bir ədəd buxar turbini quraşdırılıb.