Xəbərlər

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib
29 oktyabr, 2012 18:29

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib.

ERtv.Az-ın verdiyi xebere gore,tədbirdə sənaye, enerji, tikinti, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan-Rusiya siyasi-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafında dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulAyib, ölkələrimiz arasında möhkəm müqavilə-hüquqi bazanın yaradıldığını, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğunu deyib.

Bildirib ki, 2004-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı 261 şirkət qeydiyyata alınib. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 2002-2011-ci illərdə 366 milyon ABŞ dolları həcmində investisiya yatırılib. Son 10 ildə Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 563 milyon ABŞ dolları məbləğində investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 47 faiz artib. Hazırda ölkəmiz Rusiyanın 71 regionu ilə əməkdaşlıq edir.

Rusiya Federasiyası Qaraçay-Çərkəs  Respublikasının başçısı Rəşid Təmrəzov Azərbaycanın davamlı iqtisadi inkişafından məmnunluğunu ifadə edib, mövcud imkanlardan səmərəli istifadənin, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Rusiya Federasiyası, eləcə də Rusiyanın regionları ilə ölkəmiz  arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes imkanları,  Qaraçay-Çərkəs  Respublikasının iqtisadi inkişaf naziri Eldar Tlyabiçev Rusiya Federasiyasının təmsil etdiyi regionunun investisiya imkanları barədə təqdimatlarla çıxış ediblər.

Tədbir İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə kecirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.