İranın 80-dən çox deputatı ölkə prezidenti Mahmud Əhmədinejadın onun fəaliyyəti ilə bağlı suallar vermək üçün parlamentə gəlməsinə dair tələbin altından imza atıb.
ERtv.Az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə Tehrandan olan deputatƏli Motəhəri məlumat verib.
“Mehr” agentliyinin məlumatına görə, Motəhəri bildirib ki, bu tələb altında imzaların toplanmasına oktyabrın 28-də başlanılıb və artıq 83 parlamentari onun altına öz imzasını atıb.
Motəhərinin sözlərinə görə, parlament əvvəlcə bu tələbi müzakirə edəcək, daha sonra isə deputatların suallarının cavablandırılmasına hazırlıq üçün bir ay vaxt veriləcək.
Qanuna əsasən, bu sənədin parlamentin müzakirəsinə verilməsi üçün onu ən azı 74 deputatın dəstəkləməsi lazımdır.