“Əl-Qaidə” xarici turistləri oğurlamağa çağırdı
29 oktyabr, 2012 16:24
“Əl-Qaidə” qruplaşmasının lideri Ayman Əz-Zavahiri öz video müraciətində müsəlmanları Qərb ölkələri vətəndaşlarını oğurlamağa çağırıb.
ERtv.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə terror qruplaşmalarının internet fəallıqlarını izləyən SITE təşkilatının saytında məlumat verilib.
“Mən müsəlmanları onlarla müharibə edən ölkələrin vətəndaşlarını əsir götürməyə çağırıram”, - deyə “Əl-Qaidə” lideri bildirib. O qeyd edib ki, yalnız bu şəkildə onun qruplaşmasının nəzarət altına alınan üzvləri azad oluna bilər.