Gəncədə böyük kitabxana tikilir
29 oktyabr, 2012 15:22
Gəncənin Xan bağında böyük kitabxana tikilir.
Bu barədə məlumatı ERtv.Az-a Gəncənin baş memarı Əli Rüstəmli verib.
Onun sözlərinə görə, yeni tikiləcək kitabxana bir neçə mərtəbədən ibarət olacaq və oxucular üçün hər bir şərait yaradılacaq.
Müsahib qeyd etdi ki, kitabxanada elektron kitabxana da fəaliyyət göstərəcək. Yeni qiraətxanada 500 min nüsxə yerli və xarici ədəbiyyat nümunələri olacaq.
Məlumata görə, artıq Xan bağının üst hissəsində kitabxana binasının yeri hazırlanıb və yaxın zamanlarda tikinti işlərinə başlanılacaq.