Xəbərlər

Qadın və yunan-Roma güləşçilərimiz Avropa Millətlər Kubokunda yarışacaq
29 oktyabr, 2012 14:17

09-11 noyabr 2012-ci il tarixdə Moskva şəhərində “Avropa Millətlər Kuboku” yarışları keçiriləcək.

Gün.Az xəbər verir ki, reqlamentə əsasən, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatında komanda hesabında 1-ci 6-cı yerləri tutan ölkələr iştirak edə bilər.

Cari ilin 6-11 mart tarixində Serbiyanın Belqrad şəhərində keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 3-cü, qadın güləşçilərimiz isə 4-cü olaraq “Avropa Millətlər Kuboku” yarışlarında iştirak hüququ qazanıb. Sərbəst güləş yığmamız isə, Avropa çempionatında 8-ci olub.

Qadın güləşçilərin yarışında ölkəmizi böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeyva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) təmsil edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandamız yarışda böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında iştirak edəcək. Heyətdə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.

Yarışın proqramına əsasən, noyabrın 9-da qadın güləşçilər, noyabrın 10-11-də isə sərbəst və yunan-Roma güləşi üzrə komandalar mübarizə aparacaq. Qadın güləşçilərin yarışında Azərbaycan güləşçiləri Rusiya, İsveçrə, Ukrayna, Polşa və Rumıniya təmsilçiləri ilə qurşaq tutacaq. Yunan-Roma güləşi üzrə yarışlarda isə, Azərbaycanın rəqibləri Rusiya, Bolqarıstan, Macarıstan, Ukrayna və Ermənistan komandaları olacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev və İnitqam Əliyev təmsil edəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.