Xəbərlər

İmişlidə Şahmat Məktəbinin açılışı olub
28 oktyabr, 2012 20:01

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli şəhərində Şahmat Məktəbinin açılış mərasimində iştirak etmişdir.

ERtv.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, məlumat verildi ki, şahmat məktəbinin tikinti sahəsi 570 kvadratmetrdir. Məktəbin ətrafında əsaslı abadlıq işləri aparılmışdır.

Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbdə geniş salonla yanaşı, daha 7 otaqda yeniyetmə və gənclərə şahmatın sirləri öyrədilir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin regionlarına səfərlərinin, eləcə də respublikamızda idmanın hərtərəfli inkişafı üçün həyata keçirilən kompleks tədbirlərin əks olunduğu fotoguşələr yaradılmışdır. Məktəbin orijinal dizaynı burada şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır.

Təhsil ocağında yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Bu cür sosial təyinatlı təhsil ocaqlarında məşğul olanlar həm asudə vaxtlarını maraqlı keçirir, həm də vacib bilik və bacarıqlara yiyələnirlər. Respublikamızın bütün bölgələrində fəaliyyətə başlayan və müasir tələblərə cavab verən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər.

Dövlətimizin başçısı şahmat məktəbində yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.