Baş nazir: “Macarıstan Azərbaycandan qaz idxal etmək arzusundadır”
28 oktyabr, 2012 16:59
Macarıstan Azərbaycan və Gürcüstandan qaz idxal etmək istərdi.
ERtv.Az RBK-ya istinadən xəbər verir ki, bu sözləri “Handelsblatt”a müsahibəsində Macarıstanın baş naziri Viktor Orban bildirib.
“Nabucco bizə maraqlı deyil. Biz Azərbaycandan qaz idxal etmək istərdik. Biz həmçinin Gürcüstandan alternativ olaraq maye qaz əldə etməkdə də maraqlıyıq”, - deyə Orban vurğulayıb.
Macar baş nazirin sözlərinə görə, Macarıstanda enerjinin bərpa olunan növlərinə bel bağlamaq olmaz, “yalnız bir istisna var - mən geotermal energetikanı nəzərdə tuturam, axı bizim böyük sayda isti mənbələrimiz var”.