Bu gün Ukraynada parlament seçkiləri keçirilir.
ERtv.Az xəbər verir ki, Ukrayna qanunlarına görə, Ali Radaya seçiləcək 450 deputatın 225-i majoritar, qalanı isə proporsional qaydada seçiləcəklər.
Parlamentdəki yerlər uğrunda 21 siyasi partiya mübarizə aparır. Onların arasında hakim Regionlar Partiyası, “Batkivşina” müxalifət birliyi, Kommunist Partiyası, eləcə də, məşhur boksçu Vitali Kliçkonun rəhbərlik etdiyi “UDAR”, Yuliya Timoşenkonun keçmiş silahdaşlarının yaratdıqları “Ukrayna-İrəli” partiyaları da var. Ümumilikdə 450 deputat yeri uğrunda 5200 namizəd yarışır. Bir deputat mandatı uğrunda 12-yə yaxın namizəd iddia edir. Hətta bəzi dairələrdə namizədlərin sayı 40-a çatıb.
Qanunvericiliyə görə, MSK noyabrın 12-dək seçkilərin rəsmi nəticələrini açıqlamalı və nəticələr 5 gün ərzində mətbuatda dərc olunmalıdır.