Norveçdə “Azərbaycan Evi” yaradılıb
28 oktyabr, 2012 14:52
Azərbaycan həqiqətlərini Norveç ictimaiyyətinə yaxından tanıtmaq məqsədilə “Oslo Azərbaycan Evi” yaranıb.
Bu barədə ERtv.Az-a Norveçdə yaşayan tanınmış milli fəal, yazar Şahin Xiyavlı bildirib.
“Qurumun yaranmasında əsas məqsəd Azərbaycan həqiqətlərini Norveç ictimaiyyətinə yaxından tanıtmaqdır. Hələlik, təşkilatda sədr məsələsi yoxdur. Təşkilatı idarə etmək üçün, altı nəfərdən ibarət idarə heyəti seçilib. Üç nəfər Quzey və daha üç nəfər isə Güney Azərbaycandan seçilib. Burada bütöv Azərbaycan birliyini simvolik olaraq yaratmağa çalışmışıq. Dağlıq Qarabağ həqiqətlərinin çatdırılmasına önəm verəcəyik. Həmçinin, qarşıda bir sıra mədəni layihələr həyata keçirməyi planlaşdırırıq”,-deyə yazar qeyd edib.