Azərbaycan Türkiyənin ən çox maliyyə yardımı göstərdiyi on ölkə sırasındadır
28 oktyabr, 2012 14:51
Türkiyənin az inkişaf edən və inkişaf etməkdə olan ölkələrə göstərdiyi maliyyə yardımının həcmi açıqlanıb.
ERtv.Az “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyə 2011-ci ildə donor ölkə qismində müxtəlif xarici ölkələrə 1 milyard 273 milyon dollar həcmində maliyyə yardımı göstərib.
Məlumata görə, bu məbləğ 2010-ci ildə ayrılmış yardımların həcmindən (967 milyon dollar) 306 milyon dollar çox olmaqla yanaşı, həm də donor ölkələr arasında ən yüksək artım göstəricisidir.
Türkiyənin 2011-ci ildə ən çox maliyyə yardımı göstərdiyi on ölkə bunlardır:
Pakistan, Suriya, Əfganıstan, Somali, Qırğızıstan, Liviya, Qazaxıstan, Iraq, Azərbaycan və Fələstin.