İdmançımız dünya çempionatının bürünc mükafatçısı olub
28 oktyabr, 2012 13:47
Honqkonqda azərbaycanlı idmançıların iştirakı ilə sumo güləşi üzrə dünya çempionatı keçirilib.
ERtv.Az xəbər verir ki, çempionatın ilk günü gənclər çıxış ediblər.
100 kq-dək çəki dərəcəsində çıxış edən Əmiraslan Əhmədov Tailand və Ukrayna nümayəndələrinə qalib gəlib. Lakin yarımfinalda yaponiyalı idmançıya məğlub olan güləşçimiz 3-cü yer uğrunda brazilyalı ilə mübarizə aparıb və qalib gəlib.
Samir İsmayılov (60 kq) ilk görüşdəcə yaponiyalı idmançıya məğlub olub. O, təsəlliverici görüşdə avstarliyalıya qalib gəlsə də, Macarıstan təmsilçisinə məğlub olaraq, oyundan kənarda qalıb.
Qeyd edək ki, çempionatda 34 ölkədən olan idmançılar iştirak edir.