Daşınmaz əmlakın qeydiyyatı layihəsinə Maliyyə Nazirliyi tərəfindən əlavə vəsait ayrılıb.
ERtv.Az xəbər verir ki, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədriQərib Məmmədov deyib:
“Dünya bankı daşınmaz əmlakın qeydiyyatı layihəsi üçün Azərbaycan hökümətinə ilkin mərhələdə 38 milyon dollar vəsait ayırmışdı. Bu məbləğin 16 milyon dolları Dövlət Torpaq və Xəritə cəkmə Komitəsinin ayrılıb”.
Komitə sədri qeyd edib ki, komitə tərəfindən qeodeziya, topoqrafiya, koptoqrafiya, ortofoto, torpaq kodastrı xəritələrinin hazırlanması işləri də yerinə yetirilib:
“Azərbaycanda bir-birindən 70 kilometr məsafədə olmaqla 37 stansiya qurulub. Baş idərə edən stansiya komitənin tərkibində ki, aepogeodeziya müəssisəsində yerləşir. Burada 24 saat ərzində məlumatlar qeyd olunur. Bu stansiyada böyük informasiyalar toplanıb”.
Q.Məmədov əlavə edib ki, komitənin məlumat bazasında hazırda 15 milyondan artıq torpaq sahəsi barədə məlumatlar mövcuddur.