Bu gecə Sankt-Peterburqda girov qadını azad edən polislərə hücum olub.
ERtv.Az “Piter.Tv”yə istinadən xəbər verir ki, polislərə qızı girov götürən Rəsulov soyadlı şəxsin qardaşı – “Kiş-Miş” restoranlar şəbəkəsinin direktoru Əfqan Rəsulov hücum edib.
Oktyabrın 23-ü gecə saatlarında Rusiya Daxili İşlər Nazirliyinin Peterburq üzrə Baş İdarəsinə şəxsi evlərin birində gənc qadının zor gücünə saxlanmasına dair məlumat daxil olub. Girovun özü, 31 yaşlı peterburqlu zəng edərək bildirib ki, az tanıdığı bir şəxs zor gücünə onu Tavriçeskaya küçəsində yerləşən 43 saylı binanın mənzilinə aparıb, zorlayıb və hazırda zorla mənzildə saxlayır.
İdarənin 76 bölməsinin polis dəstələri hadisə yerinə yollanıblar. Polisin “qapını açın!” tələbinə reaksiya gəlməyib, qanun keşikçiləri qapını Fövqəladə Hallar Nazirliyinin köməkliyi ilə açmaq qərarına gəliblər.
“Qapının kilidini açan zaman evin qapısından bir kişi təyin olunmamış silahdan polis dəstələrinə bir neçə atəş açıb. Bir qanun keşikçisi yaralanıb. Hücum edən şəxs cavab atəşi ilə qətlə yetirib. Öldürülən şəxs restoranlar şəbəkəsinin direktoru 34 yaşlı Əfqan Rəsulov olub” - deyə İdarənin mətbuat xidmətindən bildiriblər.
Tezliklə məlum olub ki, qətlə yetirilən sözügedən qadını zorlayan və girov götürən 32 yaşlı kişinin doğma qardaşı imiş. Həmin şəxs saxlanılıb və polis bölməsinə aparılıb. Zərərçəkən qadın evə buraxılıb. Polis əməkdaşları hadisə yerindən MR-79-9TM tipli travmatik tapança götürüblər.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək) maddəsi üzrə cinayət işi qaldırılıb.