Bəşər Əsəd Suriyada ümumi amnistiya elan edib
23 oktyabr, 2012 12:32
Suriya prezidenti Bəşər Əsəd ölkəsində ümumi amnistiya elan edib.
ERtv.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
Söhbət həmçinin cinayət əməllərinə görə məhkum edilmiş şəxslərin də bağışlanmasından gedir. Əvvəllər həbs olunmuş Əsəd rejiminin düşmənlərinin azadlığa buraxılıb-buraxılmayacağı isə dəqiqləşdirilmir.
Qeyd edək ki, Suriyada 2012-ci ilin fevralından prezident Əsəd və müxalifətin qüvvələri arasında silahlı qarşıdurma gedir. Hüquq müdafiəçilərinin məlumatlarına görə, münaqişənin davam etdiyi müddətdə 30 mindən çox insan həlak olub.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı