Xəbərlər

“Təmiz Şəhər” ASC əhalini maarifləndirməyə start verib
23 oktyabr, 2012 11:31

Bu gün “Təmiz Şəhər” ASC “Tullantı karkulyatoru” və “Bərk məişət tullantılarının idarəolunmasına dair terminlərin və anlayışların izahı lüğəti” layihələrinin təqdimat mərasimini keçirib.

Mərasimdə “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov bildirib ki, “Təmiz Şəhər” ASC uzunmüddətli geniş maarifləndirmə proqramına başlayıb:

“Əhalinin rifahının yüksəlməsi mütənasib şəkildə istehlak səbətinin artımına gətirib çıxarıb. Ehtiyacdan artıq istehlak israfçılığa və tullantıların miqdarının artmasına səbəb olub. Bu səbəbdən də maarifləndirmə tədbirləri keçirməklə əhalini tullantıları azaltmağa səsləyirik.

Proqramın tərkib hissəsi olan “Tullantı karkulyatoru” tullantıların ətraf mühitə nə cür təsir etdiyini öyrənmək, bu təsirə nəzarət etmək və onu müsbət tərəfə dəyişə bilmək üçün yardımçı olmaqdır. “Bərk məişət tullantılarının idarəolunmasına dair terminlərin və anlayışların izahı lüğəti” isə termin müxtəlifliyinin qarşısını alacaq və vahid terminologiyanın inkişafında əhəmiyyətli olacaq”.

İngiltərənin “EnviroComms” şirkətinin kommunikasiya direktoru Stiven Beyts isə tullantıların azaldılması strategiyalarından və maarifləndirmənin bu prosesdə rolu haqqında iştirakçılara ətraflı məlumat verib, maarifləndirmə proqramının tullantıların idarə olunması sahəsinin inkişafına təkan verəcəyini vurğulayıb.

Toplantıda çıxış edən Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Azad Əliyev isə “Bərk məişət tullantıların idarə olunmasına dair terminlərin və anlayışların izahlı lüğəti”n ölkə alimləri, ekoloqları, tələbələr və digər mütəxəssislər üçün elmi araşdırmaların aparılmasında, bərk məişət tullantılarının idarə olunmasının konsepsiyasının icrasında yardımçı vəsait olacağını qeyd edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.