Avropa İttifaqı tvinninq layihəsi çərçivəsində 900 min avro (865 min manat) ayırıb.
Gün.Az-ın verdiyi xəbərə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədriQərib Məmmədov “Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastr məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Dövlət Torpaq və Xəriçəkmə Komitəsinə dəstək” adlı tədbirdə çıxışında bildirib.
Onun sözlərinə görə, layihə 18 ay ərzində nəzərdə tutulub. Layihə üzrə işlər Avropa İttifaqı ölkələrinin və Azərbaycanın mütəxəssisləri tərəfindən həyata keçirilir.
Layihə çərçivəsində İsveç və Latviyanın bu sahədə təcrübələri öyrəniləcək.