Bu ilin yanvar-sentyabr aylarında rayonda 967 daimi iş yeri açılması əhalinin gəlirlərinə müsbət təsir göstərib.
ERtv.Az-ın bölgə müxbiri Şəki Şəhər İcra hakimiyyətinə istinadən bildirir ki, yanvar-sentyabr aylarında rayonda ilkin hesablamalara görə, 295 milyon manatlıq məhsul buraxılıb və xidmətlər göstərilib.
Bu, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz çoxdur. Ötən müddətdə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 202,5 milyon manat təşkil edib.
Bu müddətdə rayonda istehsal və qeyri istehsal sahələrinin inkişafına yönəldilən investisiyaların ümumi məbləği 77 milyon 896 min manat təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 88,8 faizi tikinti-quraşdırma işlərinə sərf olunub.