Balakəndə bitkiçiliklə yanaşı, heyvandarlığın da inkişaf etdirilməsi son illər diqqət mərkəzində saxlanılır, bitkiçilik və heyvandarlıqda bütün növ məhsulların istehsalı üzrə artım əldə olunub.
Balakən Rayon İcra Hakimiyyətinin Aqrar məsələlər şöbəsindən Gün.Az-a verilən məlumata görə, yerli fermerlər bütün bunlara dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına nail olublar.
Bildirilir ki, bu il kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə istehsalçılara kreditlərin verilməsi istiqamətində təşkil edilən işi uğurlu hesab etmək olar. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 11 sahibkara 121 min 600 manat, kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi çərçivəsində isə 550 nəfərə 330 min manat kredit verilib.