Salyanın 21 yaşayış məntəqəsinin birpilləli sistemdə qaz təminatının bərpa olunması üçün 23 kilometr uzunluğunda 315 millimetrlik qaz kəməri çəkilib və bu ilin sonunadək qaz istismara veriləcək.
Salyan Rayon Qaz İstismarı SahəsindənGün.Az-ın bölgə müxbirinə verilən məlumata görə, rayon əhalisinin qazla təminatını ödəmək üçün şəhər və yaşayış məntəqələrində bir sıra işlər görülüb.
Şəhərin Ə.Hüseynzadə, X.R.Ulutürk, T Xəlilbəyli və H.Z.Tağıyev küçələrində yeraltı qaz borularının əsaslı təmiri ilə bağlı 381 metr uzunluğunda yeraltı polietilen boru çəkilib. “Ələt-Astara” avtomobil yolunun 62-ci kilometrliyində Salyan şəhərinin girəcəyində “Bəydili-Salyan” 200-280 mm-lik orta təzyiqli polietilen yeraltı daşıyıcı qaz kəməri üzərində yeni ölçü qovşağı tikilib.
Rayonun Arbatan kəndində 4400 metr, Çuxanlı kəndində 9300 metr və 32 km. uzunluğunda kənddaxili qaz xətti çəkilib və 600 ədəd yeni sayğac quraşdırılıb. Parça Xalac, Seyidan və Pratman kəndlərinin qaz təchizatının bərpa olunması məqsədilə 4 kəndin qaz təsərrüfatı birpilləli sistemdə polietilen borularla çəkilərək başa çatdırılıb.
Rayonun 21 yaşayış məntəqəsinin birpilləli qaz təminatının bərpa olunması üçün isə 23 km. uzunluğunda 315 mm-lik qaz kəməri çəkilib və bu ilin sonunadək həmin kəndlərə qaz verilişi bərpa olunacaq.