Stavropolda hicab taxdığı üçün dərsə buraxılmayan şagirdlərə qoyulan qadağa ortadan qalxdı.
Gün.Az xəbər verir ki, Rusiyanın Şimali Qafqaz bölgəsində yerləşən Stavropol şəhərində 5 qız şagird hicab taxdıqları üçün onları bu il dərsə buraxmırdılar.
Məsələ ilə bağlı qızların valideynləri məhkəməyə müraciət etdikdən sonra problem aradan qalxıb. Belə ki, məhkəmə bitənə qədər şagirdlərin hicablı şəkildə dərsə getmələrinə icazə verilib.
Məktəbin direktoru Marina Savçenko bildirib ki, artıq qızlar dərsə başlayıb.
Rusiyanın təhsil naziri Dmitri Livanov isə şagirdlərin hicab taxmasının məktəb qaydalarına ziddi olmadığını söyləyib.
Qeyd edək ki, Rusiyada şagirdlərin istər məktəbdə, istərsə də universitetlərdə hicablı şəkildə təhsil almalarını qadağan edən qanun yoxdur. 20 milyon müsəlmanın yaşadığı Rusiyada dövlət və özəl sektorda da hicablı qadınlar işləyə bilər.