Son üç ayda Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 1463 müraciət daxil olub
22 oktyabr, 2012 10:29
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 2012-ci ilin iyul-sentyabr ayları ərzində 1463 müraciət daxil olub.
Nazirlikdən Gün.Az-a verilən məlumata görə, daxil olmuş müraciətlərin 700-ü (140 əsaslı, 560-ı isə əsassız) şikayət, 293-ü sorğu xarakterli, 60-ı aidiyyəti üzrə deyil, 410-u isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə bu telefon nömrələri vasitəsilə müraciət etmək olar: 565-12-64; 595-40-15; 595-35-39.