Xəbərlər

Misir Mərdanov: “Azərbaycanda şagird-müəllim nisbəti problemi ciddi xarakter daşıyır”
22 oktyabr, 2012 10:26

Gədəbəy rayonunda Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib.

Təhsil Nazirliyindən Gün.Az-a verilən məlumata görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy rayon İcra Hakimiyyətini başçısı Ramiz Yediyarov, adıçəkilən rayonların təhsil şöbə müdirləri, məktəb direktorları və digər şəxslər iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil sistemində aparılan islahatlardan, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər nəticəsində qazanılan uğurlardan danışıb.

Misir Mərdanov 6 rayonun təhsil göstəriciləri haqqında statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb, mövcud problemlərin həlli istiqamətində görüləcək işlərə toxunub.

Təhsil naziri müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmasını, gənc kadrlara şərait yaradılmasını, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə edib. Şagird-müəllim nisbəti məsələsinə toxunan təhsil naziri bu problemin ciddi xarakter daşıdığını və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu bildirib.

Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan Misir Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını bildirib.

Müşavirənin sonunda təhsil naziri Misir Mərdanov mövcud problemlərin aradan qaldırılması və qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün daha ciddi çalışmağın zəruriliyini önə çəkib və bir sıra tapşırıqlar verib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.