Yığma komanda Naxçıvanda təlim-məşqə başlayıb.
ERtv.Az xəbər verir ki, gələn il aprelin 6-dan 13-dək Özbəkistan paytaxtı Daşkənddə ağır atletika üzrə yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək.
Bu yarış eyni zamanda yeniyetmələrin II Yay Olimpiya Oyunlarında lisenziya xarakteri daşıyır.
Bu məqsədlə yığma komandamız baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yerləşən Olimpiya İdman Kompleksində təlim-məşqlərə başlayıblar.
Noyabrın 3-dək davam edəcək təlim-məşq toplanışına 12 idmançı cəlb edilib.
Xatırladaq ki, 2010-cu ildə Sinqapurda keçirilmiş yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançısı Nicat Rəhimov 69 kq çəki dərəcəsində uğurla çıxış edərək bir qızıl medal qazanmışdı.