Prezident Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edib
18 oktyabr, 2012 15:19
Azərbaycan Presidenti Ilham Əliyev "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Gün.Az xəbər verir ki, fərmana əsasən, aşağıdakı dəyişiklik edilib:
Əsasnaməyə aşağıdakı məzmunda 16.10-2-ci yarımbənd əlavə edilib:
"16.10-2. qanuna uyğun olaraq "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə təltif edir;".