Xəbərlər

Vladimir Putin: “Rusiya-Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edir”
18 oktyabr, 2012 15:18

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik məktubu göndərib.

ERtv.Az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin ölkənizin iqtisadi, elmi-texniki, sosial-mədəni sahələrdə uğurları hamıya məlumdur. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanmışdır, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində fəal rol oynayır.

Məmnunluqla qeyd edirəm ki, möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edir. Siyasi dialoq, çoxplanlı praktiki əməkdaşlıq, regional məsələlərdə qarşılıqlı tərəfdaşlıq əlaqələri genişlənir.

Əminəm ki, bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafelərinə tam cavab verir, Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinin fəallaşmasına kömək edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, respublikanızın vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.