Apardığımız yoxlamalar zamanı bir sıra tibb müəssisələrində ciddi nöqsanlar aşkar olunub.
ERtv.Az xəbər verir ki, bunu Texniki Tənzimləmə və Standartlaşdırma Üzrə Dövlət Nəzarəti Xidmətinin rəhbəriƏbülfət İmanov deyib.
“Aşkar olunmuş nöqsanlarla əlaqədar inzibati qaydada cəza tətbiq edilib və nöqsanların aradan qaldırılıması üçün həmin tibb müəssisələrinə vaxt verilib. Qısa vaxt ərzində nöqsanlar aradan qaldırılmasa, daha ciddi tədbirlər görüləcək”.
Bundan başqa, Bakı şəhər Baytarlıq İdarəsində də ciddi nöqsanlar aşkar edilib.
“Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə məktub göndərilib və nəticədə idarənin rəisi və rəis müavini vəzifələrindən azad edilib. Eyni zamanda nöqsanların aradan qaldırılması üçün göstərişlər verilib”.