100-dən çox çörək müəssisəsində apardığımız yoxlamalar zamanı 80 müəssisədə bir sıra ciddi nöqsanlar aşkar etmişik.
ERtv.Az-ın verdiyi xəbərə görə, bu barədə Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəhbəri Əbülfət İmanovdeyib.
Onun sözlərinə görə, nöqsanlar əsasən istehsal şəraitinin sanitar norma və qaydalara uyğun olmaması, texnoloji avadanlıqların müasir standartların tələblərinə cavab verməməsi, istehsal prosesində texnoloji reqlamentə riayət olunmaması və s. ilə bağlı olub.
“Aşkar olunmuş nöqsanlarla bağlı 40 müəssisədə çörəyin istehsalı və satışı dayandırlıb”.
İlin sonuna kimi çörəklə bağlı yeni standartın qəbul olunacağını deyən Ə.İmanov qeyd edib ki, həmin standartda çörəklə bağlı bir çox müddəalar o cümlədən çörəyin kağız paketdə satılması məsələsi öz əksini tapacaq.