Bu gün Eylatedə şahmat üzər klublararası Avropa Kubokunun yekun 7-ci turu keçirilib.
Gün.Az xəbər verir ki, “SOCAR-Azerbaijan” Rusiyanın "Tomsk-400" komandası ilə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.
Şəhriyar Məmmədyarov ikinci lövhədə ağ fiqurlarla Aleksandr Araşenkonu məğlub edib. Partiya 29-cu gedişdə başa çatıb.
Daha sonra Qata Kamski 33-cü gedişdə 5-ci lövhədə qara fiqurlarla Aleksnadr Motılevlə heç-heçə edib.
Bundan sonra Teymur Rəcəbov birinci lövhədə qara fiqurlarla oynayaraq 37-ci gedişdə Ruslan Panamaryovu məğlub edib və hesab 2,5:0,5 olub. Sonra Veselin Topalov qara fiqurlarlarla Viorel Boloqanı, Emil Sutovski isə Denis Xismatullini məğlub edib. Aleksandr Qrişuk dördüncü lövhədə Ernest İnakirvelə heç-heçə edib.