"Anji" azarkeşləri millimizi dəstəkləyib
18 oktyabr, 2012 11:20
Dünən DÇ-2014-ün qrup mərhələsi çərçivəsində keçirilən Rusiya-Azıərbaycan matçı zamanı Dağıqstanın "Anji" klubu millimizi dəstəkləyib.
Gün.Az "Qazeta.ru"ya istinadən xəbər verir ki, Dağıstan klubunun azarkeşlərindən biri bunları deyib:
"Niyə Rusiyaya azarkeşlik etmirəm? Çünki mən Qafqazlıyam. Baxən "Spartak", "Lokomotiv" fanatlarının bir-birlərini görməyə gözləri yoxdur. Lakin nə vaxt ki "Anji" oynayır birləşirlər. Bizim dostlarımız isə Qafqaz komandalarıdır. Azərbaycan da Qafqaz komandasıdır".
Həmin azarkeş onu da qeyd edib ki, azərbaycanlılar onlara yaxın olan millətdir.