Prezident Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb
15 oktyabr, 2012 17:50
Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalaylb.
ERtv.Az xəbər verir ki, sərəncama əsasən, Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Zərdab Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılacaq.