Azərbaycanda keçirilən görüşlərdə çox məsələlər, xüsusilə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edildi.
ERtv.Az xəbər verir ki, bunu jurnalistlərə ABŞ dövlət katibinin köməkçisi Erik Rubin deyib.
Onun sözlərinə görə, bütün bu görüşlər zamanı iki ölkə arasında qarşılıqlı investisiyaların həyata keçirilməsi, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasıyla bağlı da fikir mübadiləsi aparılıb.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu xatırladan E.Robin qeyd edib ki, bundan əvvəlki illərə nisbətən dünya miqyaslı bir sıra məsələlər də keçirilən görüşlərdə müzakirə olunub:
“Bundan başqa ABŞ Azərbaycan strateji tərəfdaşlığı da geniş müzakirə olundu. Bu qarşılıqlı strateji tərəfdaşlıq bir sıra sahələrdə müsbət rola malikdir. Azərbaycanın Əfqanıstandakı fəaliyyətinə verdiyi dəstək xüsusi qeyd edilməlidir. Buna görə Azərbaycan hökumətinə öz minnətdarlığımızı bildiririk”.