Xəbərlər

Astaralı fermerlər 8-9 min ton feyxoa götürmək niyyətindədirlər
15 oktyabr, 2012 17:41

 

Astarada feyxoa yığımına başlanılıb.

ERtv.Az-ın bölgə müxbiri rayon fermerlərinə istinadən xəbər verir ki, ötən il bağlardan 7 min ton feyxoa götürülmüşdüsə, bu il bolluq olduğundan 8-9 min ton məhsul götürmək mümkündür.

Bağlardan bu günə qədər min tondan çox feyxoa məhsulu götürülüb və hazırda yığım davam edir. Fermerləri narahat edən isə bu il alıcıların kifayət qədər olmamasıdır. Onlar bunu Rusiyanın gömrük rusumlarını qaldırması nəticəsində məhsulu qonşu ölkənin bazarlarına çıxaranların sayının kəskin azalması ilə əlaqələndirirlər.

Fermerlər bildirir ki, keçən il və ondan əvvəlki illərdə Moskva, Kiyev şəhərlərinə göndərmək üçün hər maşına 7-7 min 500 dollar alınırdısa, bu il bu rusum Rusiya gömrüyü tərəfindən qaldırılıb. Hazırda feyxoa məhsulu aparanlardan 8 min 400, 8 min 500 dollar gömrük pulu alınır.

Astarada bir neçə soyuducu anbar olmasına baxmayaraq, fermerlər yığdıqları feyxoa məhsulunu tez bir zamanda satmağa üstünlük verirlər. Çünki feyxoa digər sitrus meyvələrindən fərqli olaraq dərildikdən sonra çox tez xarab olur.

Hazırda Astara fermerləri feyxoanı yerindəcə kilosunu 1 manata satırlar. Qarşıdakı günlərdə məhsulun qiymətinin bir qədər də düşəcəyi gözlənilir.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.