“Qələbə” meydanındakı müxtəlif səviyyəli yol qovşağının tikintisi gələn il başa çatacaq.
Gün.Az xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, layihə üzrə 5 tunelin yerləşdiyi ərazidə kommunikasiyaların köçürülməsi və tikinti quraşdırma işləri başa çatdırılıb, üzlənmə, drenaj işləri və tunellərin daxilində yol geyiminin tikintisi isə davam etdirilir.
“Azəryolservis”dən bildirilib ki, svay işləri yekunlaşan digər tuneldə isə papaq tirlərinin və üst aşırım tirlərinin quraşdırılmasına başlanılıb.
Ümumilikdə işlərin 70 faizi başa çatdırılan kompleksin 2013-cü ildə istismara verilməsi planlaşdırılır.
Qeyd edək ki, yol qovşağı kompleksinə 6 tunel, 2 piyada keçidi və metronun “Gənclik” stansiyasının 2 çıxışının tikintisi daxildir.