Xəbərlər

Misir Mərdanov bir neçə dövlət ali məktəb rektorlarına təşəkkür elan edilməsi barədə əmr imzalayıb
15 oktyabr, 2012 16:43

Təhsil naziri Misir Mərdanov Bakıda keçirilən II Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində tədbirlərin təşkilinə görə, bir neçə dövlət ali məktəb rektorlarına təşəkkür elan edilməsi barədə əmr imzalayıb.

ERtv.Az xəbər verir ki, M.Mərdanovbununla bağlı əmr imzalayıb.

Əmrdə bildirilir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Abel Məhərrəmov, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova tədbirlərin təşkilində yaxından iştirak ediblər.

Onlar foruma dəvət olunan bir çox xarici qonaqları, o cümlədən xarici ölkələrin keçmiş prezidentləri, Nobel mükafatı laureatları ilə öz universitetlərində görüşlər keçiriblər, onlara fəxri adlar və Azərbaycanı təcəssüm etdirən qiymətli hədiyyələr veriblər.

M.Mərdanov həmin ali məktəb rəhbərlərinin II Bakı Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçirilməsində aktiv fəaliyyətlərini nəzərə alaraq Təhsil Nazirliyinin təşəkkürünün elan edilməsi barədə əmr imzalayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.