Samboçumuz bürünc medal qazandı
15 oktyabr, 2012 16:41
Sofyada gənclər arasında sambo üzrə dünya çempionatı davam edir.
Gün.Az xəbər verir ki, yarışların ikinci günündə azərbaycanlı idmançı Hüseyn Eyvazzadə (52 kq) yığmamıza bürünc medal gətirib. Bu çəki dərəcəsində isə ən yaxşı rusiyalı Vladimir Qladkix olub.
Xatırladaq ki, yarışların ilk günü Orxan Qarayev (60 kq), Fərid Mikayılov (62 kq) isə bürünc medal qazanıb.