DÇ-2012: Fransa yığması dünya çempionatının qalibi olub
15 oktyabr, 2012 14:39
Azərbaycanda FIFA U-17 qadınlararası dünya çempionatı yekunlaşıb.
ERtv.Az xəbər verir ki, çempionatın finalında Koreya KDR və Fransa milliləri qarşılaşıblar.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda fransalı futbolçu qızlar koreyalılara qalib gələrək Dünya Kubokunun sahibi olublar.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib və Kubokun taleyi penaltilər seriyasında müəyyənləşməli idi.
Penaltilərdə isə Fransalılar daha üstün olublar - 7:6.
Finaldan dərhal sonra FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi bağlanış mərasimi keçirilib. Möhtəşəm tərtibatı ilə seçilən bağlanış mərasimində dünya şöhrətli müğənni Şakira çıxış edib.