Xəbərlər

İlham Əliyev: “Özbəkistan bizim üçün dost və qardaş dövlətdir”
12 oktyabr, 2012 19:41

 

Bu gün sizinlə qarşılıqlı maraq doğuran, regional əhəmiyyətli məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi apardıq.

Gün.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimovla geniş tərkibli görüş zamanı deyib.

Prezident vurğulayıb ki, müzakirə edilən bütün məsələlər barəsində baxışlarımız üst-üstə düşür.

Prezident İlham Əliyev Özbəkistan Prezidentinin rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsinə yeni imkanlar açılması baxımından yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək dedi:

“Bizim qarşılıqlı fəaliyyətimiz daha sıx, əməkdaşlığımız daha fəal olacaqdır. Özbəkistan bizim üçün dost və qardaş dövlətdir.

Münasibətlərimizin dostluq, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı dəstək əsasında daha da möhkəmlənməsi bizi çox sevindirir. Bu dəstək beynəlxalq strukturlarda ölkələrimizlə bağlı bütün məsələlər barəsində bir-birimizi dəstəkləyəndə də hiss olunur.

Təbii ki, beynəlxalq qurumların fəal qarşılıqlı təsiri bizim milli maraqlarımızı daha tam qorumağa, habelə dünya siyasətinin bir sıra məsələlərinə dair həmrəy mövqedən çıxış etməyə imkan verir.

Həm BMT-də, həm İslam Əməkdaşlıq Təşkilatında, başqa strukturlarda Azərbaycanı dəstəklədiyinə görə biz Özbəkistana çox təşəkkür edirik.

Biz də öz tərəfimizdən Sizin irəli sürdüyünüz bütün məsələlərdə və təşəbbüslərdə Sizi həmişə dəstəkləyirik.

Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın mövcud potensialından səmərəli istifadə etməyin vacibliyini də vurğulayaraq bildirdi:

“Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət məsələlərini ətraflı müzakirə edəcəyik. Mənim fikrimcə, bu sahədə görüləsi işlər hələ çoxdur. Düzdür, biz irəliləyirik, lakin güman edirəm ki, qarşılıqlı əmtəə dövriyyəsi qat-qat çox ola bilər.

Əlbəttə, Hökumətlərarası Komissiyanın bu yaxınlarda keçirilmiş iclası, zənnimcə, bu sahədə prioritetləri və münasibətlərin gələcək inkişaf yollarını müəyyən etmişdir. Yəqin ki, gələcəkdə gözlənilən konkret layihələr və təşəbbüslər barədə bu gün bizə məruzə edəcəklər”.

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycana yenidən gəlişindən və Prezident İlham Əliyevlə görüşündən məmnunluq duyduğunu bildirərək dedi:

“Ümumiyyətlə təkcə bizim regionda deyil, onun hüdudlarından uzaqda da geosiyasət o qədər tez-tez dəyişir ki, bizim görüşməyimiz zərurətə çevrilir. Özü də bunun üçün hər hansı böyük sənədlər imzalanması vacib deyildir, sadəcə bizim cavab tapmalı olduğumuz mürəkkəb məsələlər barədə fikir mübadiləsi aparmalıyıq”.

Prezident İslam Kərimov bildirdi ki, Özbəkistan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir və xalqlarımız arasında oxşar cəhətlərin çoxluğu ölkələrimizi daha da yaxınlaşdıran amillərdir.

Özbəkistan dövlətinin başçısı dedi:

“Azərbaycan Özbəkistan üçün strateji tərəfdaşdır. Azərbaycan bizə həmişə, ilk növbədə ümumi mənafelərimiz naminə yaxın olmuşdur.

Təkcə bugünkü maraqlar baxımından deyil, həm də tarixi keçmişimizlə bağlı, xalqlarımızın dil, mənəviyyat, mentalitet baxımından yaxınlığı ilə əlaqədar mürəkkəb məsələlərin həlli üçün bu tərəfdaşlıq vacibdir. Bizim üçün çox vacibdir ki, aramızda heç vaxt ziddiyyət, anlaşılmazlıq olmamışdır.

Artıq uzun illərdir ki, mən Özbəkistana rəhbərlik edirəm. Yadıma gəlmir ki, biz hər hansı problemi onun həlli baxımından müzakirə edərkən anlaşılmazlıq və ya ciddi ziddiyyət yaransın. Məgər bu, bizim münasibətlərimizin həmişə qarşılıqlı anlaşma və qarşılıqlı dəstək əsasında qurulmasına dəlalət etmirmi?! Ümid edirəm ki, bundan sonra da belə olacaqdır”.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.