Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Şəhər İcra Hakimiyyətində təşkil edilən tədbirə Fransanın Azərbaycandakı səfiri Paskal Monie və rəhbərlik etdiyi nümayəndə heyyəti də qatılıb.
Yüksək səviyyədə təşkil edilən tədbirlərdən məmnunluğunu dilə gətirən səfir gələn il analoji tədbirin Fransa hökiümətinin dəstəyi ilə yenidən keçirilməsi təklifini irəli sürüb. Gəncədən xoş təəssüratlarla geri dönəcəklərini qeyd edən qonaqlar bundan sonra da Azərbaycanın maraqlarını öz ölkələrində daima müdafiə edəcəklərini bildiriblər. Sonra Fransalı qonaqlar Gəncə Dövlət Universitetində olublar. Burada fransalı və azərbaycanlı tələbələrin mübadilə məsələsi müzakirə olunub.
Qeyd edək ki, Gəncə Dövlət Universiteti ilə Fransanın Strasburq Universiteti arasında sıx
əməkdaşlıq qurulub.Tələbələrlə bir araya gələn fransalı qonaqlar ali təhsil ocağında fransız dilinin tədris olunmasından məmnun olduqlarını da gizlətməyiblər. Bununla da Birinci Şərab Festivalına qatılan Fransa nümayəndə heyyətinin Gəncə şəhərinə səfəri başa çatıb.
Milli.Az