İsveçrədə yeni vergi artımı gözlənilir
08 oktyabr, 2012 16:09
Bakı, 8 oktyabr (AzərTAc). İqtisadi böhran nəticəsində gəlirlər azaldığı üçün İsveçrənin əksər kantonları vergiləri artırmaq niyyətindədir. Digər tərəfdən bütün ərazilərdə xərclər də fantastik dərəcədə artmışdır.
AzərTAc “Euro news” kanalına istinadla xəbər verir ki, ölkədəki hər 2 kantondan birinin büdcəsində problemlər vardır. Bəzilərində isə büdcə tam boşalmışdır. Dövlət müşaviri Kristian Vannerin dediyinə görə, bu boşluğu doldurmaq üçün vergilər artırılmalıdır. Müşahidələr göstərir ki, yaxın illərdə ciddi iqtisadi problemlər ortaya çıxacaqdır. Hətta Bazel və Sürix kimi güclü ərazilər də maliyyə problemləri ilə üzləşmişlər.
K.Vanner əlavə etmişdir ki, əgər iqtisadi cəhətdən güclü kantonlarda problemlər varsa, zəif bölgələrdə, ümumiyyətlə gəlirlər minimuma enəcəkdir.
Azertag