Xəbərlər

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 9 ayın yekunları ilə bağlı kollegiya iclası keçirilmişdir
08 oktyabr, 2012 16:07

Bakı, 8 oktyabr (AzərTAc). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 9 ayın yekunları ilə bağlı kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya-texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirmişdir. Nazir informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində uğurla həyata keçirilən islahatlar, qarşıda duran böyük layihələrdən söz açmış, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının əhəmiyyətini qeyd etmişdir. Ölkədə gedən “Elektron hökumət” quruculuğu istiqamətində RİTN tərəfindən icrası nəzərdə tutulan tədbirlərin sürətləndirilməsinə diqqət çəkən nazir bu istiqamətdə görülən işlərin, eləcə də əhalinin elektron xidmətlərdən istifadəsinin sadələşdirilməsini və zəruri olan bütün tədbirlərin sürətləndirilməsinin vacibliyini nəzərə çatdırmış, o cümlədən dövlət proqramlarında əks olunan tədbirlərin icrasına RİTN-in müvafiq qurumları tərəfindən dəstək veriləcəyini qeyd etmişdir.
 
Tədbirdə çıxış edən digər məruzəçilər qeyd etmişlər ki, dövlət orqanlarının elektron imza ilə təmin edilməsi məqsədi ilə nazirlik tərəfindən bu günədək 28 quruma 2 min 78 elektron imza verilmişdir.
 
Qeyd olunmuşdur ki, ki, Azərbaycanda elektron imza vəsiqəsinin alınması prosedurları, eləcə də vətəndaşların “Elektron hökumət” portalına daxil olma imkanları üçün müvafiq işlər həyata keçirilir. Bundan başqa, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, RİTN-ə aid elektron xidmətlərin inzibati reqlamentlərinin hazırlanması təmin edilmiş, “Elektron hökumət” Dövlət İnformasiya Sistemi” layihəsi çərçivəsində dövlət orqanlarının məlumat bazaları və informasiya sistemlərinin inteqrasiyası, vətəndaşların müraciətlərinin dövlət orqanlarına çatdırılması, həmçinin, elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili və istifadəsini təmin etmək məqsədilə “Elektron hökumət” şlüzü və “Elektron hökumət” portalı (http://www.е-gоv.аz/) yaradılmışdır. 
 
Qeyd edilmişdir ki, bu gün “Elektron hökumət” portalının fəaliyyəti yalnız təqdim edilən ümumi xidmətlərin konkret sayı ilə məhdudlaşmır. Belə ki, “e-gov” mərkəzi icra hakimiyyəti orqanları, eləcə də yerli özünüidarəetmə orqanlarının və informasiya sistemlərində fərdi məlumatlar formalaşdıran özəl sektor tərəfindən müvafiq sahələr üzrə göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin sayından daha çox, hətta bir neçə min elektron xidmətin fəaliyyətinin təmin edilməsi üçün yetərli infrastruktura malikdir. 
 
Kollegiyaya yekun vuran nazir Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlar sayəsində ölkədə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafına nail olunduğunu bir daha vurğulayaraq “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İKT-nin xüsusi diqqət mərkəzində olduğunu və gələcək illərdə bu sahənin ölkə iqtisadiyyatında mühüm təkanverici amillərdən birinə çevriləcəyinə əminliyini ifadə etmişdir.
 
Mühüm əhəmiyyət kəsb edən layihələrin icrasının daha da sürətləndirilməsini, yeni layihə və təkliflərin, xüsusən də gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə respublika Prezidenti tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında informasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi məqsədi ilə Azərbaycanın “onlayn fikir bankı”nın, eləcə də Dağlıq Qarabağa aid mərkəzləşdirilmiş internet resurs bazasının yaradılması məqsədi ilə “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkili məsələsinin müzakirəyə çıxarılmasını vurğulamışdır.
 
Bütün bunlarla yanaşı, nazir bu sahədə nöqsan və çatışmazlıqlara da toxunaraq respublikanın bütün kənd və qəsəbələrində rabitə, telekommunikasiya, poçt, radio, televiziya xidmətlərinin göstərilməsində mövcud problemlərin qısa müddətdə aradan qaldırılması, həmçinin müvafiq fərman və sərəncamlarla, o cümlədən dövlət proqramlarında nazirliyin üzərinə düşən vəzifələri əks etdirən və müvafiq bəndlər üzrə müəyyənləşən tədbirlərin birmənalı şəkildə icrası üçün tapşırıqlar vermişdir.
 
İclasda elektron imzanın verilməsi və “Elektron hökumət” portalına girişin sadələşdirilməsi üçün qərar qəbul olunmuşdur.
 
Azertag
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.